525.Az

“Dağlıq Qarabağın tanınması danışıqlar prosesi üçün faydalı deyil”


 

“Dağlıq Qarabağın tanınması danışıqlar prosesi üçün faydalı deyil”<b style="color:red"></b>

Fransa Parlamenti hökuməti Dağlıq Qarabağın tanınmasına çağıran qərar qəbul edib.

525.az APA-ya istinadən xəbər verir ki, 188 deputat qərarın lehinə, 3-ü isə əleyhinə səs verib.

Qərarda mülki əhalinin təhlükəsizliyinə zəmanət verən həllə nail olmağın, sülhün bərqərar olmasının, eləcə də Dağlıq Qarabağın tanınmasının vacibliyi vurğulanıb.

Fransız millət vəkilləri sözügedən qərarda, həmçinin, hökumətə digər Avropa tərəfdaşları ilə birgə ən qısa müddətdə humanitar yardım göstərməyə, eləcə də Türkiyənin Avropa Birliyinə üzv olması prosesini davam etdirmə məsələsinə yenidən baxmağa çağırış ediblər.

Qərar layihəsinin müzakirəsi zamanı Fransa Xarici işlər naziri Jan-İv Le Drian bildirib ki, Ermənistan onlardan Dağlıq Qarabağı tanımağı istəmir: “Qərar Fransa hökuməti üçün tövsiyə xarakterlidir”.

Nazir Dağlıq Qarabağın tanınmasını danışıqlar prosesi üçün faydalı hesab etmədiyini söyləyib.

Xatırladaq ki, Fransa Senatı noyabrın 25-də hökuməti Dağlıq Qarabağı tanımağa çağıran qərar qəbul etmişdi. 305 deputat qərarın lehinə, 1 deputat isə əleyhinə səs vermişdi.

 





03.12.2020    çap et  çap et