525.Az

“Azərbaycan vaxtında zəruri tədbirlər həyata keçirib”


 

“Azərbaycan vaxtında zəruri tədbirlər həyata keçirib”<b style="color:red"></b>

“Azərbaycan virusun yayılmasının qarşısını almaq məqsədilə vaxtında zəruri tədbirlər həyata keçirmişdir. COVID-19 ilə bağlı yaranmış vəziyyətə müvafiq olaraq tərəfimizdən adekvat addımlar atılmışdır”.

525.az-ın məlumatına görə, bu sözləri Prezident İlham Əliyev BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasında çıxışı zamanı deyib.

“Bu gün ölkə üzrə koronaviruslu xəstələr 46 dövlət xəstəxanasında müalicə olunur. Pandemiya başladığı zaman bizim 6 funksional laboratoriyamız var idi. Hazırda fəaliyyətdə olan laboratoriyalarımızın sayı 40-dan artıqdır”, - deyə dövlətimizin başçısı qeyd edib.

 





04.12.2020    çap et  çap et