525.Az

Pərdəşünasdan şəhidlərlə bağlı təklif: “2783 qısa nömrəsi yaradılsın”


 

Pərdəşünasdan şəhidlərlə bağlı təklif: <b style="color:red">“2783 qısa nömrəsi yaradılsın” </b>

Xəbər verdiyimiz kimi, dünən Müdafiə Nazirliyi Vətən müharibəsində Silahlı Qüvvələrimizin şəhid olan hərbçilərinin sayını açıqlayıb. Məlumatda bildirilir ki, 2783 nəfər hərbi qulluqçu şəhid olub. 100 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Hazırda 1245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir.

525.az xəbər verir ki, şəhid sayının məlum olmasından sonra

Tanınmış texnobloqer Fərid Pərdəşünas öz feysbuk hesabında bununla bağlı təklif irəli sürüb. Onun təklifini izləyiciləri  də dəstəkləyib:

“Təklif edirəm, 2783 qısa nömrəsi olsun. Ora hər SMS göndərəndə balansdan 1 manat silinsin. Xarıbülbül fondumuz olsun. Müxtəlif insanların təşəbbüsünü, Million, kart hesabı axtarmaqla yox, 1 SMS ilə həll edək. Əminəm ki, şəhid ailəsinə necəsə yardım etmək istəyən o qədər insan var ki... O nömrəyə hər gün SMS göndərəcək insanlarımız var. O insanların ailələrinin borcundan heç vaxt çıxa bilmərik. Amma bu milli birlik əminəm ki, maddi tərəfdən də güclü bir vasitə ola bilər. Dövlət sosial dəstək təmin edəcək, amma insanlarımız da necəsə bu prosesdə iştirak etmək istəyir”.

 





04.12.2020    çap et  çap et