525.Az

"Fransa hökuməti Qarabağın müstəqilliyini tanımır"


 

"Fransa hökuməti Qarabağın müstəqilliyini tanımır"<b style="color:red"></b>

"Fransa hökuməti Qarabağın müstəqilliyini tanımır".

525.az-ın xəbərinə görə bunu, Fransanın Azərbaycandakı səfiri Zaxari Qross "Twitter" hesabında yazıb.

"Düşünürəm ki, indiyə kimi bir şey hamıya çox aydın olmalıdır: Fransa hökuməti öz Parlamentinin müstəqilliyini tanıyır. Lakin Qarabağın müstəqilliyini tanımır", - deyə səfir bildirib.

Qeyd edək ki, Fransa Senatı, onun ardınca isə Fransa Milli Məclisi “Dağlıq Qarabağın müstəqilliyinin tanınmasının zəruriliyinə dair” qətnamə qəbul edib.

 

 





04.12.2020    çap et  çap et