525.Az

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib - Foto - Video


 

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib - <b style="color:red">Foto - Video</b>

Bu gün saat 12:00-da Azərbaycanın bütün ərazisində Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

525.az xəbər verir ki, gəmilər, avtomobillər, qatarlar, metro qatarları bununla əlaqədar səs siqnalları verib.

Xatırladaq ki, Müdafiə Nazirliyinin verdiyi məlumata əsasən, Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin 2783 hərbi qulluqçusu şəhid olub. 100 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Hazırda 1245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir.

Qələbəmizi sizlərə borcluyuq! Ruhunuz şad, məqamınız uca olsun! Vətən sağ olsun! 

Sükut zamanı Şəhidlər Xiyabanından çəkilən fotoları təqdim edrik:

 





04.12.2020    çap et  çap et