İstanbuldan Çinə ilk dəfə olaraq yük qatarı yola düşüb.
525.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir.
Qeyd olunur ki, qatar 12 gün ərzində 8,6 min kilometrdən çox yolu qət edəcək.