525.Az

Braziliya-Azərbaycan parlamentlərarası işçi qrupu rəhbərlərinin II dialoqu


 

Braziliya-Azərbaycan parlamentlərarası işçi qrupu rəhbərlərinin II dialoqu <b style="color:red"></b>

Dekabrın 3-də “2020-ci ilin reallıqları. Pandemiya şəraitində əməkdaşlığın yeni yolları” mövzusunda Braziliya-Azərbaycan parlamentlərarası işçi qrupunun rəhbərlərinin ikinci virtual dialoqu keçirilib.

Azərbaycanın Braziliyadakı səfirliyindən 525.az-a bildiriblər ki, videoformatda keçirilən görüşdə iştirak edən Braziliya Senatının birinci vitse-spikeri A.Anastasia, Braziliya Konqresinin deputatı K.Kajado, işçi qrupun Azərbaycan tərəfindən rəhbəri, deputat M.Məmmədli, Braziliyanın ölkəmizdəki səfiri M.Monteneqro və səfir E.Poluxov COVID-19 pandemiyasının dünya dövlətləri qarşısında qoyduğu çağırışlar, parlament diplomatiyasının daha da gücləndirilməsi, sərmayələrin və ticarətin təşviqinə dair Braziliya-Azərbaycan işçi qrupunun birinci iclasının təşkili, Qarabağ müharibəsinin nəticələri və gözləntilər kimi mövzular ətrafında müzakirələr aparıblar.

Dialoq zamanı tərəflər mövzulara dair fikir və təkliflərini irəli sürüb, konkret addımların atılması barədə qərarlar qəbul ediblər.

Sonda senator A.Anastasia və konqresmen K.Kajado böyük Qələbə münasibətilə Azərbaycan rəhbərliyini və xalqını təbrik edib, ölkəmizə firavanlıq və uğurlar arzulayıblar.

Öz növbəsində deputat M.Məmmədli təbriklərə görə minnətdarlığını bildirib, gələcək əməkdaşlığın hər iki ölkə üçün səmərəli olacağına əminliyini ifadə edib.

 





03.12.2020    çap et  çap et