525.Az

Ankarada Vətən müharibəsi şəhidləri yad edildi


 

Ankarada Vətən müharibəsi şəhidləri yad edildi<b style="color:red"></b>

Bu gün Azərbaycan Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək məqsədilə keçirilən anım tədbiri Ankarada da qeyd olunub.

525.az APA-ya istinadən xəbər verir ki, Azərbaycanın Türkiyədəki Səfirliyinin rəsmi “Twitter” hesabında bildirilib ki, Səfirliyin qarşısında yerli vaxtla saat 11:00-da (Bakı vaxtı ilə saat 12:00-da) Azərbaycan Vətən müharibəsi şəhidləri 1 dəqiqəlik sükutla yad edilib.

“Şəhidlərimizin əziz xatirəsini Səfirliyimizdə bir dəqiqəlik sükutla yad etdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlər ölməz, Vətən bölünməz”, - deyə qeyd olunub.

 





04.12.2020    çap et  çap et