525.Az

"Şimal-Cənub" layihəsinin Azərbaycan ərazisindəki işləri başa çatıb


 

"Şimal-Cənub" layihəsinin Azərbaycan ərazisindəki işləri başa çatıb <b style="color:red"></b>

Pandemiya dövründə sərnişin daşımalarında məhdudiyyətə baxmayaraq, Azərbaycanda yük daşımaları, o cümlədən, "Şimal-Cənub" nəqliyyat dəhlizi ilə daşımalar müntəzəm həyata keçirilir.

Bu barədə 525.az-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, planlaşdırılmış layihələrin başa çatmasından və "Şimal-Cənub" nəqliyyat dəhlizi ilə yük daşımalarının həcminin artırılmasından sonra bir sıra ölkələrin, o cümlədən, Mərkəzi və Cənub-Şərqi Asiya ölkələrinin layihəyə qoşulması istisna olunmur.

"Şimal-Cənub" nəqliyyat dəhlizi çərçivəsində Azərbaycan-İran sərhədində avtomobil körpüsünün tikintisi planlaşdırılır. Tikinti bir il ərzində həyata keçiriləcək.

Nazirlikdən onu da bildiriblər ki, hazırda Bakı-Quba-Rusiya dövlət sərhədi yolunun tikintisi davam edir. Bunun 2021-ci ilin sonunadək başa çatdırılması nəzərdə tutulur:

"Azərbaycan "Şimal-Cənub" layihəsinin reallaşdırılması ilə bağlı öz ərazisindəki bütün işləri başa çatdırıb. Bu layihə regionda əməkdaşlıq üçün yaxşı perspektivlər açır və Hindistan, Pakistan, İran və Fars körfəzinin digər ölkələrindən Şimali və Qərbi Avropa ölkələrinə, eləcə də əks istiqamətdə yükdaşıma müddət və məsafəsini əhəmiyyətli dərəcədə azaldır".

 





03.12.2020    çap et  çap et