525.Az

Azərbaycan beynəlxalq elmi konfransda təmsil olunub


 

Azərbaycan beynəlxalq elmi konfransda təmsil olunub<b style="color:red"></b>

Daşkənd Dövlət Şərqşünaslıq Universitetində Yusif Xas Xacibin "Qutadğu bilig" və bu əsərin öyrənilməsinin aktual problemləri" adlı beynəlxalq onlayn konfrans keçirilib.

525.az xəbər verir ki, Şərq ədəbiyyatının bu qədim və misilsiz nümunəsinin 950 illiyinə həsr edilən konfransda Özbəkistandan əlavə, Azərbaycan, Amerika Birləşmiş Ştatları, Türkiyə, Rusiya, Macarıstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Hindistan, İran və Misirin alimləri iştirak ediblər.

Ölkəmiz bu tədbirdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, Bakı Dövlət Universitetinin türkologiya kafedrasının müdiri, professor Ramiz Əskər və Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimovla təmsil olunub.

Özbəkistan ali və orta təhsil nazirinin müavini Uzakboy Beqimkulov, TÜRKSOY Baş katibinin müavini Bilal Çakıcı, Türkiyənin Özbəkistandakı səfiri Mehmet Surayya Er, həmçinin, Hüseyn Quliyev və başqaları təbrik nitqi söyləyiblər. Ramiz Əskərin "Qutadğu bilig"in biblioqrafiyası", Elçin İbrahimovun "Türk dünyasında dil siyasətinin meydana gəlməsində əsərlərin rolu: "Qutadğu bilig"in araşdırılması tarixi" mövzularındakı məruzələri maraqla dinlənilib. Konfransda deyilib ki, qədim türk yazılı ədəbiyyatının misilsiz abidəsi olan "Qutadğu bilig" əsərində kamil insan, dövlət və ictimai idarəetmə sistemi, bilik almağın əhəmiyyəti, mənəviyyat, mədəniyyət, fəlsəfə anlayışları, uşaqların tərbiyəsi haqqında fikirlər və mülahizələr birləşdirilib.

 





03.12.2020    çap et  çap et