525.Az

"Digitalart-lab" layihəsinin növbəti mərhələsi başlanıb


 

"Digitalart-lab" layihəsinin növbəti mərhələsi başlanıb<b style="color:red"></b>

Mədəniyyət Nazirliyi və Dövlət Rəsm Qalereyasının "Digitalart-lab" adlı layihəsinin ikinci mərhələsinə start verilib.
 
525.az xəbər verir ki, layihə Azərbaycan rəssamlıq sənətinin müasir inkişafından qaynaqlanan rəqəmsal incəsənətin formalaşması, rəssamların bədii yaradıcılıq axtarışlarını, onların yaradıcılıqlarındakı bədii tendensiyaları, üslub özəlliklərini, orijinal ideyaları geniş ictimaiyyətə təqdim etmək məqsədi daşıyır.

"Digitalart-lab" adlı layihəsinin ilk mərhələsində Ariz Abbasov, Zəhra Quluzadə, Həbibə Məmmədova, Nərmin Mahmudova, Nərminə Qurbanzadə, Hənifə Musayeva, Aysel Nəcəfli, Sufi Səfərli, Səbinə Abbasova, Nərgiz Xəlilzadə, Arzu Bəxtiyarova, Sara Qədimova, Qafarova İntizar, Şəlalə Salamzadə növbəti mərhələdə iştirak etmək üçün seçiliblər.

2021-ci il mart ayınadək davam etməsi nəzərdə tutulan layihədə iştirakçılar hər ay "Zoom" proqramı vasitəsilə istedadlı rəssam Natiq Kamalın onlayn ustad dərslərinin iştirakçısı olacaqlar.

Əlavə olaraq ayda bir dəfə fərqli qonaq rəssamlarla virtual görüş təşkil ediləcək.
 
"Digitalart-lab" adlı layihə ölkəmizdə incəsənətin bu innovativ sahəsində çalışan gənc, peşəkar və həvəskar rəssamlarla əməkdaşlıq etmək, onların digital yaradıcılıq üslublarını tanımaq və dəstək olmaq məqsədi daşıyır.

"Digitalart-lab" adlı layihəsi haqqında əlavə məlumatlar və yenilikləri dövr ərzində Azərbaycan Dövlət Rəsm Qalereyasının rəsmi saytı və sosial media hesablarından izləmək mümkündür.

 





04.12.2020    çap et  çap et