525.Az

ATƏT-in rəhbər postlarına yeni təyinatlar təsdiqləndi


 

ATƏT-in rəhbər postlarına yeni təyinatlar təsdiqləndi<b style="color:red"></b>

ATƏT-in rəhbər postlarına yeni təyinatlar təsdiqlənib.

525.az APA-ya istinadən xəbər verir ki, ATƏT-ə üzv dövlətlər uzun müddətdir təşkilatın boş qalan rəhbər vəzifələrinə təyinatlarla bağlı razılığa gələ biliblər.

ATƏT-in Baş katibi postuna alman diplomat Helqa Şmid seçilib.

O, Avropa İttifaqının (Aİ) xarici siyasət ofisində eyni vəzifəni tutur.

İtaliyalı Matteo Mecacci ATƏT-in seçki və insan haqları üzrə ofisinin direktoru, Maria Tereza Ribeyro ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi, Kayrat Abdrahmanov isə ATƏT-in milli azlıqlar üzrə ali komissarı seçilib.

Xatırladaq ki, üzv dövlətlər bu il ATƏT-in Baş katibi vəzifəsi də daxil olmaqla dörd əsas rolda üç illik heyət müddətini yeniləməyə razılaşa bilməmişdilər. Buna görə də həmin vəzifələr iyul ayından bəri boş idi.

 





04.12.2020    çap et  çap et