525.Az

Aqıl Abbasın rəqsi - Orxan Aras yazır


 

Aqıl Abbasın rəqsi - <b style="color:red">Orxan Aras yazır </b>

1920-ci il iyul 8-də yunan ordusu Bursaya girdi. Bursa Osmanlı İmperiyasının ilk paytaxtı olub. Orada dövlət qurucusu Osman bəyin türbəsi var. Yunanistanın Baş naziri Venizelosun oğlu Sofokles orduda leytenant idi. İlk işi Bursadakı Osman bəyin məzarına getmək oldu. Sofokles ayağını məzarın üstünə qoyaraq fotoqrafı səsləyir:

"Baxın, Bursa xatirəsi!"

Yunanistan Baş nazirinin oğlunun orada kobud danışığı  və fotosu dünya mətbuatında yer aldı.
İstiqlal şairi Mehmet Akif də Ankarada olur və qəzetlərdə yazılan məqalələri və çəkilən fotoşəkili görür. Bir küncə çəkilir. Kədərlənir. Bütün gecə ağlayır və məşhur "Bülbül" şeirini yazır:

Eşin var, aşiyanın var, baharın var ki beklerdin
Kıyametler koparmak neydi ey bülbül, nedir derdin?
O zümrüt tahta kondun, bir semavi saltanat kurdun
Cihanın yurdu çiğnenese, çiğnenemez senin yurdun!

Fazla vaxt keçmir. Bu hadisədən bir il sonra 1921-ci il  avqustun 22-də Türk ordusu hücuma keçir. Məqsəd, Atatürkün dediyi kimi, xətti müdafiə deyil, səthi müdafiədir və bu səth bütün ölkədir. 21 günlük müharibə zamanı yunanın ordusu məhv edilir, baş komandanı General Trikopis zabitləri ilə birlikdə əsir düşürlər.   Bursadakı həmin o cəsur (!) gənc leytenant Sofokles qaçaraq canını çətinliklə qurtarır.
Ağdamın aşiqi Aqil Abbasın “Dolu” romanını oxuyanda, sonra çəkilən eyniadlı filmə baxanda həmişə Mehmet Akif və onun "Bülbül" şeirini xatırladım, "Aqil Abbasın və onun kimilərin ürəyində yaşadıqları ümid bir gün Azərbaycanda da Sakarya Meydanı muharəbəsini yaradacaq" deyə düşündüm.
Allaha şükürlər ki, Azərbaycan hərbçiləri milli yaddaşa yazılmış dastanı yenidən yaratdılar və Qarabağa qəhrəmanlıqla əl-ulduz bayrağını sancdılar. Ermənilərin Sofokles kimi  yalançı qəhrəmanları İrəvana qaçdılar və çətinliklə canlarını qurtardılar.



“Dolu” filminin sonuna doğru Komandir sərhədə gedir. At üstündəki oğlan qışqırır:

"Emi, o yolla getmə! O tərəfdə ermənilər var!"

Komandir uşağı dinləmir və yoluna davam edir. Sonra qazilər və şəhidlər bir-bir arxada dururlar. Hədəf Şuşa, Ağdam, Laçındır... Məqsəd ya ölüm, ya da qələbədir.

Elə Məhməd Akif kimi o komandir də bilir ki, nə vaxtsa uşaqlar böyüyəcək və bu yolu qətiyyətlə keçəcəklər. Çünki bu dastan onun milli yaddaşına yazılıb. O əsgər, bu dastanı hər əsrdə cəsarətlə təkrarlayacaq.

Qəzetlərdə Ağıl Abbasın Ağdam meydanında qollarını havaya qaldıraraq rəqs etdiyini görəndə, uzaqda olsam da, onun ürəyində olanları buradan hiss etdim. Bu qollar havada yalnız şans və sevinc üçün qaldırılmadı. O qollar şükür üçün, dua üçün və şəhidlərin qanı ilə sulanan Qarabağ torpağı üçün qaldırıldı. Bəlkə də, ilk dəfə Ağdam şəhərinə girəndə üzünə-gözünə sürtdüyü Ağdamın müqəddəs torpağı onun ovuclarında idi, bundan əmin idim.

İndi havada yüksələn minlərlə əl şəhid ailələrini və qaziləri əhatə etməli və vahid bir yumruq halına gələn bir millətin gücünü və birliyini bütün dünyaya göstərməlidir.

 





04.12.2020    çap et  çap et