525.Az

Ceyhun Bayramov bolqarıstanlı həmkarı ilə telefonla danışdı


 

Ceyhun Bayramov bolqarıstanlı həmkarı ilə telefonla danışdı<b style="color:red"></b>

Bu gün Xarici İşlər naziri Ceyhun Bayramovla Bolqarıstan Respublikasının Baş nazirinin ədliyyə islahatları üzrə müavini, Xarici İşlər naziri Yekaterina Zaxariyeva arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyindən 525.az-a verilən məlumata görə, nazirlər bölgədə mövcud son vəziyyəti, eləcə də 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanatdan irəli gələn məsələlərin icrası ilə bağlı fikir mübadiləsi aparıblar. Bu razılaşmanın icrasının bölgədə dayanıqlı sülh, təhlükəsizlik və rifahın təmin edilməsi baxımından əhəmiyyəti vurğulanıb.

Nazirlər ikitərəfli əməkdaşlıq münasibətlərini, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.

Tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparıblar.

 





04.12.2020    çap et  çap et