525.Az

Azərbaycan və Rusiya XİN başçıları arasında telefon danışığı - Yenilənib


 

Azərbaycan və Rusiya XİN başçıları arasında telefon danışığı - <b style="color:red">Yenilənib</b>

Azərbacan Xarici İşlər Nazirliyi nazir Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında baş tutan telefon danışığı ilə bağlı məlumat yayıb.

Nazirlikdən 525.az-a bildirilib ki, bu ilin 5 dekabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Nazirlər Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr 2020-ci il tarixində imzaladığı bəyanatdan irəli gələn məsələlərin icrası ilə bağlı fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələləri müzakirə ediblər.

***

Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Larvov arasında telefon danışığı olub.

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat və İnformasiya departamentindən 525.az-a verilən məlumata görə, telefon danışığı zamanı nazirlər Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr tarixli üçtərəfli bəyanatının icrasının gedişatını, tərəflərin Rusiya sülhməramlıları ilə əməkdaşlığını, ikitərəfli əməkdaşlığa dair aktual mövzuları, eləcə də beynəlxalq gündəmdə duran məsələləri müzakirə ediblər.

 





05.12.2020    çap et  çap et