525.Az

Daha 4323 nəfərdə koronavirus aşkarlandı: 2180 sağalan, 42 ölən var


 

Daha 4323 nəfərdə koronavirus aşkarlandı: <b style="color:red">2180 sağalan, 42 ölən var</b>

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 323 yeni yoluxma faktı qeydə alınıb, 2 180 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 525.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 42 nəfər vəfat edib.

Ölkədə indiyədək ümumilikdə 142 323 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 85 980 nəfər müalicə olunaraq sağalıb, 1 593 nəfər vəfat edib, aktiv xəstə sayı 54 750 nəfərdir.

Ölkədə son sutka ərzində 20 778, hazırkı dövrədək isə 1 817 804 test aparılıb.

 





05.12.2020    çap et  çap et