525.Az

“İRS-Heranca” jurnalının növbəti sayı Qarabağ mədəniyyətinə həsr olundu


 

“İRS-Heranca” jurnalının növbəti sayı Qarabağ mədəniyyətinə həsr olundu<b style="color:red"></b> Braziliyada “İRS-Heranca” jurnalının portuqal dilində növbəti – beşinci buraxılışı işıq üzü görüb.

525.az xəbər verir ki, jurnalın bu nömrəsində ölkəmizin mədəniyyətinə, qədim tarixinə, müasir inkişafına, tolerantlıq siyasəti və idman həyatına aid məlumatlar yer tutmuşdur. Jurnalın baş redaktoru Musa Mərcanlı giriş sözündə Dağlıq Qarabağın tarixi, ermənilərin bu torpaqlara əsassız iddiaları və 27 ildən sonra ölkə başçısının rəhbərliyi altında bu torpaqların azad olunduğundan söz açmışdır.

Jurnalda həmçinin, Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşa haqqında, ölkəmizin arxitekturası və zəngin xalçaçılıq ənənələrindən bəhs edən məqalələr yerləşdirilmişdir. Bununla yanaşı, məşhur rəssamımız Səttar Bəhlulzadənin əsərlərində kəlağayı motivləri, Azərbaycanda soyuq silahların üzərində dekorativ rəsmlər ənənələrin davamı, Bakıda keçirilən Formula 1 yarışlarına həsr edilmiş yazılar da dərc olunmuşdur.
 
Bundan əlavə Dağlıq Qarabağ münaqişəsinə dair tədqiqatlar aparan Joao Xavyerin “Unudulmuş Dağlıq Qarabağ münaqişəsi” adlı, həmçinin, müəllif Klaudo Klaus tərəfindən yazılan və Azərbaycanın mültikulturalizm ənənələrindən bəhs edən məqalələr dərc olunmuşdur. 500 ədəd tirajla çıxan “İRS” jurnalının 5-ci nömrəsi Azərbaycan Respublikasının Braziliyadakı Səfirliyi ilə birgə əməkdaşlığın nəticəsində həyata keçirilmişdir. Qeyd etmək lazımdır ki, bu buraxılış 2020-ci ili üçün artıq ikinci olmuş və jurnal Braziliyanın hökumət orqanları, Konqresi, Senat, ali təhsil ocaqları və vətəndaş cəmiyyət institutları arasında yayılır.













 





05.12.2020    çap et  çap et