Fransada "Qlobal təhlükəsizlik haqqında" qanun layihəsinin 24-cü maddəsinə etiraz olaraq aksiyalar damam edir.
525.az-ın APA-ya istinadən məlumatına görə, bu gün Parisdə keçirilən aksiyada iştirakçılarla polis arasında qarşıdurma yaranıb.
Aksiya iştirakçıları polisə daş atıb, hava fişəngləri yandırıblar. Polis isə gözyaşardıcı qazdan istifadə edib.