525.Az

Sahibkarlar Beynəlxalq İxrac Forumunda iştiraka dəvət olunurlar


 

Sahibkarlar Beynəlxalq İxrac Forumunda iştiraka dəvət olunurlar<b style="color:red"></b>

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) KOB subyektlərinə müraciət edib.

KOBİA-dan 525.az-a bildirilib ki, dekabrın 8-11-də Rusiya Federasiyasının Başqırdıstan Respublikasında keçiriləcək biznes həftəsi çərçivəsində dekabrın 11-də Beynəlxalq İxrac Forumu təşkil olunacaq.

Biznes həftəsində pandemiyadan sonrakı dövrdə sahibkarları dəstəkləmək üçün ən yaxşı təcrübələr və yeni mexanizmlər müzakirə ediləcək.

Onlayn forumda iştirak etmək istəyən Azərbaycan sahibkarları “www.ibw-bashkortostan.com” saytına daxil olmaqla ətraflı məlumat əldə edə, tədbirdə iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər.

 





05.12.2020    çap et  çap et