525.Az

Parisdə etiraz aksiyası zamanı 22 nəfər saxlanıldı


 

Parisdə etiraz aksiyası zamanı 22 nəfər saxlanıldı<b style="color:red"></b>

Fransanın paytaxtı Parisdə "Qlobal təhlükəsizlik haqqında" qanunun qəbul edilməsinə qarşı etiraz aksiyası zamanı 22 nəfər saxlanılıb.

525.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə özünün "Twitter" səhifəsində Fransanın daxili işlər naziri Jerald Darmanen yazıb.

Nazir bildirib: "Bəzən son dərəcə aqressiv insanlara qarşı həyata keçirməli olduqları fəaliyyətə görə hüquq-mühafizə orqanları əməkdaşlarına təşəkkür edirəm. Parisdə keçirilən nümayişlər zamanı 22 nəfər saxlanılıb".

 





05.12.2020    çap et  çap et