525.Az

Holland musiqi agentliyi ilə yeni müqavilə imzalandı - Fotolar


 

Holland musiqi agentliyi ilə yeni müqavilə imzalandı - <b style="color:red">Fotolar </b> Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Azərbaycanın əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı, Prezident mükafatçısı  Əyyub Quliyev Hollandiyanın nüfüzlu musiqi agentliyi TACT ilə müqavilə imzalayıb.

525.az xəbər verir ki, müqavilənin şərtlərinə əsasən, 2020-ci ilin dekabrından başlayaraq azərbaycanlı dirijorun bütün dünya üzrə konsertlərinin, orkestrlərlə çıxışlarının və səhnə fəaliyyətinin təşkilatına eksklyüziv olaraq holland agentliyi nəzarət edəcəkdir. 

Agentlik tərəfdən sazişi onun prezidenti Dari Dimova imzaladı.
 
TACT agentliyinin artistlər bölməsinin rəhbəri Aleks Grigoryev (Almaniya), dirijorlar bölməsinin rəhbəri Pavel Martsiniak (İspaniya/Polşa) və Ekaterina Yazıkova (Rusiya) dirijor Əyyub Quliyevin menejmentinə rəhbərlik edəcəklər.
 
Son illər ərzində TACT agentliyi dünyanın məşhur opera mügənniləri, dirijorları və rejissorları ilə yaradıcı əlaqələri və böyük lahiyələri gerçəkləşdirməyə nail olub.

Qeyd etmək lazımdır ki, Azərbaycanın tanınmış müğənniləri, xalq artistləri Dinarə Əliyeva, Elçin Əzizov və Əvəz Abdulla TACT agentliyi ilə əməkdaşlıq edirlər.
 





07.12.2020    çap et  çap et