525.Az

Azərbaycan Ordusunun zabiti vəfat edib


 

Azərbaycan Ordusunun zabiti vəfat edib<b style="color:red"></b>

Azərbaycan Ordusunun zabiti xəstəlikdən vəfat edib.

APA-nın məlumatına görə, hadisə fevralın 15-də Silahlı Qüvvələrin Baş Klinik Hərbi Hospitalında qeydə alınıb. Azərbaycan Silahlı Qüvvələrinin zabiti, 1969-cu il təvəllüdlü, mayor Rəhimov Bəkir Əvəz oğlu müalicə aldığı hospitalda xəstəlikdən dünyasını dəyişib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

Müdafiə Nazirliyi mərhumun yaxınlarına dərin hüznlə baş sağlığı verib və səbir diləyib.

 





17.02.2014    çap et  çap et