525.Az

Sevinc Əzimbəyli: "Bu dövlətçiliyimiz üçün çox böyük təhlükə ola bilər"


 

Sevinc Əzimbəyli: "Bu dövlətçiliyimiz üçün çox böyük təhlükə ola bilər"<b style="color:red"></b>

"Mənəvi dəyərlərin cəmiyyətə, xüsusilə gənclərimizə doğru aşılanması vacibdir".

"Yeniufuq.org"-un verdiyi məlumata görə, bu gün “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədri, hüquqşünas Sevinc Əzimbəylinin ölkənin inanclı xanımları ilə növbəti görüşü keçirilib.

Görüşdə “Yeni Üfüq” İctimai Birliyinin sədri Sevinc Əzimbəyli son günlər Suriyada öldürülən gənclərimizdən geniş söhbət açıb. O, Azərbaycanda bir qrup radikal “dindarların”, ölkə gənclərinin dini duyğularından sui-istifadə etmələrinin gələcəkdə dövlətçiliyimiz üçün çox böyük təhlükələrə yol aça biləcəyini bildirib. Mənəvi dəyərlərin cəmiyyətə, xüsusilə gənclərimizə doğru aşılanmasının vacib olduğunu bildirən birlik sədri bu həssas mənəviyyat və məmləkət məsələsində milli şüura malik olan inanclı xanımların rolunun artmasının vacibliyini diqqətə çatdırıb.

Tədbirin sonunda Xocalı şəhidlərinin ruhuna Quran oxunaraq, ehsan süfrəsi verilib.

 





17.02.2014    çap et  çap et