525.Az

İdmançılarımızdan olimpiadada uğurlu start


 

İdmançılarımızdan olimpiadada uğurlu start<b style="color:red"></b>

Fiqurlu konkisürmə üzrə Azərbaycan cütlüyü XXII Soçi Qış Olimpiya Oyunlarında qısa proqramla çıxış edib.

Soçidə keçirilən XXII Qış Olimpiya Oyunlarının onuncu günündə cütlüklər arasında fiqurlu konkisürmə üzrə yarışlar başlayıb.

“Qafqazinfo” xəbər verir ki,  “Aysberq” Qış İdman Sarayında keçirilən yarışda fiqurlu konkisürənlər qısa proqramla çıxış ediblər. Azərbaycan idmançıları Yuliya Zlobina – Aleksey Sitnikov cütlüyü 13-cü nömrə altında mübarizəyə qoşulublar. Hesablarına 58,15 xal yazdıran idmançılarımız bu nəticə ilə indiyədək çıxış edən 13 cütlük arasında ilk üçlüyə daxildirlər.

 





17.02.2014    çap et  çap et