525.Az

Bakıda gecə klubunda polislərin qanını tökdülər


 

Bakıda gecə klubunda polislərin qanını tökdülər<b style="color:red"></b>

Bakının mərkəzində yerləşən gecə klubunda kütləvi dava olub. Lent.az-ın məlumatına görə, gecə saat 03:40 radələrində , Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinin təhqiqatçısı, polis leytenantı 1990-cı il təvəllüdlü Hadıyev Nicat Nizaməddin oğlu bud, Nizami RPİ-nin kiçik əməliyyat müvəkkili, 1990-cı il təvəllüdlü Həsənov Tural Əliməmməd oğlu bud və qarın  və 1989-cu il təvəllüdlü  Xalid Məmmədov  qarın nahiyəsindən aldığı ağır bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Məlum olub ki, hər üç şəxs Mikayıl Müşfiq küçəsi 4 ünvanında yerləşən “502” gecə klubunda baş vermiş kütləvi dava-dalaş zamanı bıçaqlanıb.
 
Hadisənin digər iştirakçıları 1993-cü il təvəllüdlü Qurbanlı Mahmud Yusif oğlu , 1991-ci il təvəllüdlü Musayev Vasif İlqar oğlu , 1985-ci il təvəllüdlü Qurbanov Firat Qurban oğlu və 1990-cı il təvəllüdlü Ələsgərov Ramin Tofiq oğlu müəyyənləşdirilib.
 
Faktla bağlı Səbail RPİ-də cinayət işi açılıb.

 





17.02.2014    çap et  çap et