525.Az

Qələbəmiz ədalətin bərpasıdır... - Yazı


 

Qələbəmiz ədalətin bərpasıdır... - <b style="color:red">Yazı</b>

Haqqı-ədaləti bərpa etmək üçün Ordumuz zəfər yürüşünə çıxdı. 44 günlük Vətən müharibəsində dostlarımıza qürur verəcək, düşmənlərimizi məyus edəcək bir şanlı tarix yazmaqla, bir daha birliyimizin, vətənpərvərliyimizin nəyə qadir olduğunu sübut etdik.

Belə deyim var ki, ancaq sağlam milli şüura malik olan xalq öz haqqını qoruya bilər. Bütün bunlar ataların oğulları ilə bir yerdə döyüşə girməsi, anaların əsgər övladlarına etdiyi duaları ruhən bir yerdə birləşən möhtəşəm bir millət kimi haqlı zəfərimizi qazanmağımıza səbəb oldu. Azərbaycan generalları dünyaya simmetrik hücum taktikasını nümayiş etdirdi.

Xarici medianın yaralı əsgərlərimizin şəhid yoldaşlarını çiyninə alaraq Şuşaya qalxması faktlarını heyrətlə yazması bizim millətin verdiyi sözü necə tutması anlamının təzahürüdür. Mərd oğullarımız bir-birinə söz vermişdilər ki, biryerdə Şuşaya daxil olsunlar. Bu da, onların əzmi, rəşadəti və narahat ruhların Şuşa istəyinin gerçəkləşdirilməsi idi. Bir gözümüz ağladı, bir gözümüz güldü. Qələbəmiz bizim gücümüzün, vətənpərvərliyimizin bariz nümunəsi olmaqla, həm də milli birliyimizi bir daha üzə çıxardı. Arzularımızla birlikdə özümüz də dirçəldik.

Mənim xalqım yer üzündə ən gözəl duyğulara malik, humanist, qürurlu xalqdır. Bizim ruhumuz, xislətimiz Vətən üçün, torpaq üçün sevgidən yaradılıb. Hər bir insanın - uşaqdan böyüyə qədər necə səfərbər olaraq bu çətin dönəmlərdə ön cəbhə üçün əlindən gələn köməkliyi etməyi, qələbəmizə birgə sevinməyimiz, əsgər, qazi, şəhid ailələri üçün həm mənəvi, həm maddi köməkliyi hər bir insan bacardığı qədər əsirgəməyərək etdi. Bütün dünyanı bürüyən pandemiya vəziyyəti demək olar ki, çox yerlərdə həyatı dondurmasına baxmayaraq, bütün bunlar Vətən sevgimizə, ruh yüksəkliyimizə, əzmimizə təsir etmədi.

İnanaraq döyüşə atıldı mərd oğullarımız, şəhid olub tanrının rəhmətinə qovuşdular, qazi olub bu günlərinə şükür etdilər. Vətən müharibəsinin bugünkü qələbəsi bu gün yurdumuzu bizə qanları, canları bahasına qaytaran şanlı ordumuz bizləri utanclı yaşamaqdan qurtardı. İllərdir Vətən xiffəti çəkən soydaşlarımızın dediyi kəlmələr belə idi ki, özümüz Vətəndən uzaqda yaşasaq da, ruhumuz öz torpaqlarımızda olub. Bu gün də düşmənin torpaqlarımızdan çıxmasını 27 il əvvəl öz evlərini tərk edən soydaşlarımızla müqayisə edərək bir daha necə humanist xalq olduğumuzu dünyaya sübut etdik. Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi: "Dünyada bir çox müharibələr olub. Bu gün də bəzi yerlərdə müharibələr davam edir. İnanmıram ki, bu qədər qəddar, qeyri-insani xüsusiyətli bir düşmənlə kimsə üz-üzə qalsın. Bizim tarixi zəfərimiz erməni faşizmi üzərində əldə edilmiş qələbəmiz haqqın, ədalətin bərpasıdır".

Bəli, Ali Baş Komanadanım! Bu gün bizim qələbəmiz illərdən yığılaraq qisas hissi ilə düşmənin cavabını vermək istəyən bütöv bir xalqın zəfəridir. Bu zəfəri Siz bizə yaşatdınız.

Odlar yurdu diyarımızın bu qalibiyyətini bundan sonra bizlər hər bir sahədə üzə çıxarmalıyıq. Artıq dəmir yumruq ətrafında bütöv Azərbaycanımızı parçalanmağa izn verməyəcəyik. Bu birliyimizə kölgə salmaq istəyənlərə, bizi güclü görmək istəməyənlərə yalnız gücümüzlə cavab verəcəyik. Ayıq-sayıq olaraq gələcək nəsillərimizi heç vaxt düşmənin hiyləsinə uymamağa çağıracağıq.

Narahat ruhlar illərdir ki, Qarabağ səmasında dolanır. Şəhidlərin intiqamı, günahsız körpələrin fəryadı, naləsi həmin torpaqlarda inildəyirdi. Bu gün o nakam qalmış taleləri yaşayan insanların ruhları şad oldu. Şəhid anaları, biz sizlərin haqqını ödəyə bilmərik. Ancaq onlar bütov bir Azərbaycan uğrunda qanları bahasına bütün şəhidlərin qisasını almaqla ən yüksək mərtəbəyə layiq oldular.

Güclü, iradəli Ali Baş Komandanımızın ətrafında yüksək səviyyədə təlimlənmiş müasir ordumuz, əsgər və zabitlərimizin yüksək əhval-ruhiyyəsi və nəhayət, ordu ilə xalq birliyi bizim qələbə əldə etməyimizin səbəbi oldu. Bir daha apardığınız uğurlu siyasət üçün Sizə təşəkkür edirik Ali Baş Komandan! Səmərəli hərbi və iqtisadi nailiyyətlərə görə Sizə minnətdarıq. Azərbaycan qalibiyyətinin tarixini yazan sərkərdəmiz. Bu haqq mübarizəmizin qələbəsi illərdən bəri aparılan uğurlu siyasətin nəticəsidir. 

 





08.12.2020    çap et  çap et