525.Az

Kəlbəcərdə komendant rejiminin tələblərinə nəzarət edilir - VİDEO


 

Kəlbəcərdə komendant rejiminin tələblərinə nəzarət edilir - <b style="color:red">VİDEO</b>

Silahlı Qüvvələrimizin sentyabrın 27-dən başlanan əks-hücum əməliyyatları zəfərlə başa çatdı, xalqımız tarixi qələbəyə qovuşdu. Artıq 30 ilə yaxın işğalda qalan torpaqlarımızda müvafiq təhlükəsizlik tədbirləri görülür.

525.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata, noyabr ayının 25-də işğaldan azad edilən Kəlbəcər rayonunda Ali Baş Komandanın fərmanına uyğun olaraq komendant rejimi elan edilib və Daxili İşlər Nazirinin əmrilə Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Haxverdi Əkbərov rayonun komendantı təyin olunub:

“RPŞ-nin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları rayonun giriş-çıxışlarında, o cümlədən rayon daxilində polis postları quraraq komendant rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət edirlər”.


 





09.12.2020    çap et  çap et