525.Az

Milli Məclisin komitə iclası keçirildi - Yenilənib


 

Milli Məclisin komitə iclası keçirildi - <b style="color:red">Yenilənib</b>

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

525.az xəbər verir ki, iclasda müzakirə olunan bütün məsələlər Milli Məclisin plenar iclasına tövsiyyə edilib.

***

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilir.

525.az-ın məlumatına görə, iclasda Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov, Mərkəzi Bankın Baş direktoru Rəşad Orucov, Azərbaycan Mərkəzi Bankının Hüquq Departamentinin direktoru Rəna Melikova, Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru Tural Piriyev, Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktorunun müavini Vüqar Abdullayev və deputatlar iştirak edirlər.

İclasın gündəliyinə 4 məsələ daxildir:

1. Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

2. ”Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik  edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

3. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik  edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

4. Vüqar Tapdıq oğlu Gülməmmədovun Azərbaycan Respublikası Hesablama Palatasının sədri vəzifəsinə namizədliyinə dair rəy haqqında.

 





09.12.2020    çap et  çap et