525.Az

Baş Prokurorluq koronavirus xəstələrinə xəbərdarlıq etdi - Video


 

Baş Prokurorluq koronavirus xəstələrinə xəbərdarlıq etdi - <b style="color:red">Video</b>

Koronavirus infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması və onun neqativ təsirlərinin aradan qaldırılması ilə bağlı ölkəmizdə geniş miqyaslı kompleks siyasi, iqtisadi və sosial tədbirlər həyata keçirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, koronavirus infeksiyasının yayılmasının qarşının alınması məqsədi ilə ölkəmizdə elan edilən xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına rast gəlinir.

Məsələnin vacibliyini nəzərə alaraq, Azərbaycan Respublikasının Baş Prokurorluğu xəbərdarlıq edir ki, karantin rejimininin tələblərini pozan şəxslərin müvafiq inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi təmin ediləcək.

Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən qeyd olunan məsələ ilə bağlı maarifləndirici video hazırlanıb.


 





09.12.2020    çap et  çap et