525.Az

Köhnə Tanışlar: Qərib Mehdi- 3


 

Köhnə Tanışlar: Qərib Mehdi-<b style="color:red"> 3 </b>

abdin[email protected]
tofigabdin
.com 

ONLAR DEYİBLƏR 

Məşğələlərimizdə mən sənin  fikrinlə, məhkəmələr cəza verərkən ictimai ədaləti necə gözləməli, daha doğrusu, necə ölçməli olmalarını izah edirəm.

...Beləliklə, sənin fikrin hüquq aləmində ədəbiyyatın böyük təsir qüvvəsi kimi istifadə olunur. Sənə bildirməliyəm ki, hər dəfə sənin fikrini dinləyicilərə söyləyib qurtaran kimi hamı ləzzətlə ürəkdən sənəAfərin!” deyir.

Abdulla İBRAHİMOV,

Respubika Ali Məhkəməsinin sabiq sədri.

 

Mən Qərib Mehdinin tərcümeyi-halıyla tanış olandan sonra özüməqəribəsual verirəm. Görəsən, o, hamar həyat yolu keçsəydi, ziyalı ailəsində doğulub, firavanlıq içində böyüsəydi, nəticəsi cür olardı?

Şübhəsiz ki, o, uşaqlıqdan şəxsi istedadını dərk edib yazıçılığa meyl göstərərdi, bu qədər enişli-yoxuşlu, əziyyətli yollar keçməzdi.

Gülrux ƏLİBƏYLİ,

tənqidçi.

 

Qərib Mehdi Gəncə şəhərində mənim ilk dəfə ünsiyyətdə olduğum, tanıdığım yazıçıdır.

Dünyanın üzümüzə açdığı inam qapıları bağlananda, döydüyümüz sonuncu qapı onun qapısı, istisinə qızındığımız sonuncu ocaq işartısı onun ocağı olub. Uçuruma yıxılan insan əlləritək əllərimiz sonuncu ümid telindən üzüləndə o yapışıb əllərimizdən. Beşikdən qəbrəcən başımız üstündə yellənən ilgəkdən neçə dəfə o qurtarıb bizi. Bunu yazmaqda məqsədim heç Qərib Mehdini ilahiləşdirmək, müqəddəsləşdirmək, bütə, səcdəgaha çevirmək, çap elədiyi beş-on şeirə görə ona təşəkkürümü bildirmək deyil. Dünyada ən çox qorxduğum nankorluqdan yaxa qurtarmaqdır. Bir , yaxşılığı qiymətləndirmədikcə yamanlıq ayaq tutub yeriyir.

Nizami AYDIN,

şəhid-şair.

__________________ 

Gəncə ədəbi mühitini necə dəyərləndirə bilərsiniz? Hər şey  qaydasındadırmı, yoxsa Bakıdakı kimi haqlı-haqsız iddialar baş alıb gedir?

Yarım əsrdən çoxdur ki, Gəncə ədəbi mühitinin həm iştirakçısı, həm müşahidəçisiyəm. Mühitin ağırlığı iki mərhumunAltay Məmmədov Fəridə xanım Əliyarbəylinin rəhbərlikləri sayəsində yetişən qüvvələrin üzərindədir. Üç nəsildən ikisigənc orta nəsil gözə dəymir. Ümid üzü qüruba gedən yaşlı nəslədir. Əlbəttə, bu uğursuzluqda zamanla birlikdə indiki rəhbər Məmməd Alimin günahı çoxdur.

Müqayisə həmişə fikrin açımına kömək edir. Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar bəyin idarəçiliyindən narazılar var. Tərəflər arasında fərqli fikir cızığı mövcuddur. Cızığın bir tərəfində böyük çoxluğu təmsil edən Anar bəy, o biri tərəfdə isə Birlik rəhbərliyinin idarəçiliyini qəbul etməyən ya bu idarəçiliyə tənqidi yanaşan azlıq dayanır. Anar etirazçılarla dil tapmağa çalışır, hətta onlardan qələmilə seçilənləri Prezident təqaüdünə təqdim edir. Bunlar fikir ayrılığına yaxşı nümunələrdir.

Yazıçılar Birliyinin Gəncə qoluna rəhbərlik edən şair Məmməd Alim isə başqa idarəçiliyə üstünlük verir. Bu hal onun barışmazları ilə arasında cızıq yox, hündür, aşılmaz bir divar yaradıb. Divarın bir tərəfində Gəncənin bütün ədəbi qüvvələri, o biri tərəfində isə təkəbbürü, qayğısızlığı ilə özünü təkləyən Məmməd Alim qərar tutub. Özünü düşünməyə, sevməzliyə, həssas yaradıcı adamlara yuxarıdan aşağı baxmağa qarşı tərəf adekvat cavab verir. Rəhbərin təşkil etdiyi tədbirlərdə Birlik üzvləri iştirak etmir. Həmkarları ilə ya küsülü olur, ya da soyuq salamla kifayətlənir. Şöbənin özündən başqa cəmi bir yaradıcı işçisi vartanınmış uşaq şairi, birillik Prezident təqaüdçüsü Aləmzər xanım Əlizadə. Görün anormal hal hansı səviyyədədir ki, bu rəhbər öz yeganə yaradıcı işçisi ilə danışmır. Deyiləsi başqa mətləblər var. Ancaq...

Sizə həm uzun müddət Gəncədə fəaliyyət göstərən adıbəlliİlhamədəbi birliyinə rəhbərlik etmisiniz. Bu barədə...

Gəncədə, Alimlər Evi nəzdində fəaliyyət göstərənİlhamədəbi birliyinin təvəllüd tarixi belədir: 1979-cu il. Bədii məhsullarımız 1980-ci ilin mart ayında qəzet-jurnal səhifələrinə çıxdı. Bu birlik bəlkə AYB-dən sonra özünün möhürü, bankda hesab nömrəsi olan ilk müstəqil ədəbi məclis idi.

Zaman keçdikcəİlhamgurlaşdı, mübahisəli müzakirələrə tab gətirən üzvlərimiz püxtələşdi. Qəşəm Nəcəfzadənin, Sərvaz Hüseynoğlunun, Musa Urudun, Nizami Aydının, Elçin İsgəndərzadənin, Eldar İsgəndərzadənin, Xəzangülün, Fərruxə Pərişanın, Vahid Aslanın, Rəhmanın, Firəngiz İdrisqızının s. şeirləri, hekayələri tənqidi məqalələri yerli mərkəzi mətbuatda tez-tez görünməyə başladı. Bəzi üzvlərimizElçin, Qəşəm, Sərvaz, Musa Xəzangülün imzaları respublika sərhədlərini aşıb dünya ədəbiyyatına qovuşdu.

İlhamədəbi birliyi şəhid-şairimiz Nizami Aydının adını daşıyan Beynəlxalq mükafat təsis etdi. Özündən başqa yaşı 31-i adlamamış (N.Aydının yaşı) dörd nəfərElçin, Fərruxə, Eldar Musa bu müqəddəs mükafatın laureatları oldular. Ömrümün 30 ilini gənc qüvvələrin istedadlarının üzə çıxmasına sərf etdim. bundan bir an da olsun peşmançılıq çəkmədim. Vurğunluqla dolu bu könüllü xidmətimi şair-publisist Sərvaz Hüseynoğlu belə dəyərləndirir: “Qərib Mehdi bir insan olaraq, bir yazıçı olaraq özünü yetirmələrinin yolunda qurban verən sənətkardır. O, özünə qismət olası xoşbəxtliyi yetirmələrinə bağışladı”.

Əlavə sözə ehtiyac duymuram.

Gələcəkdə anılacağammı? Üç ümid yerin var: doğma övladlarım, kitab övladlarım bir ədəbi övladlarım. Onların içindəİlhamçılar daha güclü görünürlər.

Hər halda vətəndaş olaraq əməkli, təqaüdçü yaşına gəlmisiz. Bu yeni həyat necə yaşanır?

Qələmim işləkdir. Ədəbiyyatın demək olar ki, bütün janrlarında yazıram. Çağdaş Gəncə ədəbi mühitini başdan-başa (4 kitab) qələmə almışam. Yazanda, kiminsə hayına yetəndə ruhən təzələnir, cavanlaşıram. Ancaq pensiya alanda, biribabadeyəndə, işdən kənarlaşdırılmaq təlaşı canımı bürüyəndə görürəm ki, 77 yaşı tamamlamışam. Ömür qatarının son dayanacağa yaxınlaşdığını qəbul edirəm. Bu 77 ili necə yaşamışam? Maraqlanan bu yaşamdan imtina da edər, örnək götürər. Bu necə yaşamdır? Bir neçə kəlmə bu barədə demək istəyirəm.

İndi göylərdə iki cür quş süzür. Birinin işləyi benzinə möhtac motordur (təyyarə), o birisininki qana möhtac ürək (göyərçin). Biri sünidir, o biri təbii. İxtiyarı özündə olmayan süni quş kimsə tərəfindən idarə olunur, reyslərlə uçur, tutulmuş cədvələ əməl edir. Təbii, canlı quş isə azaddır, istədiyi səmtə, istədiyi qata qanad çala bilir. Sərbəstliyə, azadlığa təşnə bir yaradıcı adam kimi, mən quş ömrü yaşayıram. Mükafatlarımı da belə yaşamdan qazanıram, zərbələrimi belə yaşamdan alıram. Heç biri gözlənilməz acı sonluqdan sığorta olunmayıb. Metal quş qəzaya uğrayanda, özü ilə birlikdə onlarla adam məhv olur. Canlı quş çalağana tuş gələndə, başqasına ziyan vermədən yeganə varlığından, yükündəncanından olur. Bu qoca vaxtında da mən azad, səma arzulu quş ömrü yaşayıram. Bu yerdə yaşımla bağlı yazdığım şeirimdən bir bənd yadıma düşdü:

 

Söz düşübdü söz, baxtına,

Bir söz de, çəksin vaxtına,

    

Çıxdın 70-in taxtına,

Qulağına yaş deyir?

    

İndilik qulağıma deyilən söz budur: “Vaxt daralır. Başda baş redaktor Rəşad Məcid olmaqla hamının qəzeti olan “525-ci qəzetin bütün yaradıcı kollektivinə, sənə müsahibə üçün yaratdıqları imkana görə səmimi təşəkkürlərini bildir”. Məsləhətə qulaq asıb sonsuz təşəkkürlərimi bildirib hamınızla sağollaşıram.

Noyabr, 2013

 

Nasirin şairliyi

 

Qərib Mehdidən şeirlər

TƏLƏSDİN...

 

Söz var iti qılınc,

Söz var qoşa qanaddır.

Söz var təsəlli, qılıq,

söz var fitnə-fəsaddır.

Söz var şirinliyi

meydan oxuyur şəkərə,

söz var zəqqutun

qohumluğu çatır bibərə.

Tələsdin, əziz dost.

Yersiz bir söz açıldı

hirsin lüləsindən.

Hədəfi olmasa da,

qoruna bil

mədim

nahaq gülləsindən.

Haqq söz acı olsa da,

şirin dadır.

Nahaq söz könül yıxır,

ürək qanadır.

Nəyə lazım

belə sözlər, nəyə?

səni qaldırmağa

gücü çatandır,

məni endirməyə.

Bil ki, haqq sözün

ədalətdən,

həqiqətdən vizası olur.

Bil ki, nahaq sözün

iki dost,

iki qəlb arasında

qəzası olur.

 

SAXLA, GÖY MƏNİ...

 

Ayaqlara düşdü adım,

Tacına çevrildi yadım.

Bu yerlə dil tapanmadım,

Saxla, göy məni-göy məni.

 

Sinəmə əkdim ahını,

Dosta verdim sabahımı.

Bağışlamagünahımı”,

Dağla, göy məni-göy məni.

 

Eniş idimdiklənmişəm,

Qayğısızdımyüklənmişəm,

Allah kimi təklənmişəm,

Yoxla, göy məni-göy məni.

 

Baha idim, ucuz tutdu,

Bilməm niyə tez unutdu?..

Sənin ki, gözün buluddu

Ağla, göy məni-göy məni.

 

Niyə seçdin dağ olmağı?..

 

Niyə seçdin dağ olmağı?

Niyə seçdin ucalmağı?..

Təpə kimi əyilsəydin,

gülün olardı.

Dərə kimi ovulsaydın,

selin olardı.

Düzən kimi yayılsaydın,

yolun olardı.

Niyə seçdin dağ olmağı?

 

Günəşə ilkin salam vermək

sənəmi qalmışdı?

Zülmətə ilkin sinə gərmək

sənəmi qalmışdı?

Gərək, yerin dərdini

göyə deyəydin?

Gərək, göyün sözünü

yerə endirəydin?

Allaha hamıdan yaxın olmaq

cəzasız qalmaz.

Dünyanın hər yerindən baxılmaq

cəzasız qalmaz.

Bilmədin,

şimşək şallağa tutacaq?

Bilmədin,

şaxta ürəyində donacaq?

Bilmədin,

dolu başını döyəcək?

Bilmədin,

bulud qaranı geyəcək?

Niyə seçdin dağ olmağı?

Niyə seçdin ucalmağı?..

 

Təpə olgülün olsun.

Dərə olselin olsun.

Ay dəli, ağlın olsun,

Üzmə axına qarşı:

Bəli!” depulun olsun.

Niyə seçdin dağ olmağı?

Niyə seçdin ucalmağı?..

Son

 





17.02.2014    çap et  çap et