525.Az

Daha 4 403 nəfərdə koronavirus aşkarlandı: 2919 sağalan, 42 ölən var


 

Daha 4 403 nəfərdə koronavirus aşkarlandı: <b style="color:red">2919 sağalan, 42 ölən var</b>

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4403 yeni yoluxma faktı qeydə alınıb, 2919 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 525.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 42 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 158 555 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 96 330 nəfər müalicə olunaraq sağalıb, 1 755 nəfər vəfat edib, aktiv xəstə sayı 60 470 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 19 066, ötən müddət ərzində isə ümumilikdə 1 884 578 test aparılıb.

 

 





09.12.2020    çap et  çap et