525.Az

İrəvanda bank rəhbərinin avtomobili partladıldı


 

İrəvanda bank rəhbərinin avtomobili partladıldı<b style="color:red"></b>

İrəvanda "Armekonombank"ın icraçı direktorunun avtomobili partladılıb.

APA-nın "Sputnik Armenia"ya istinadən verdiyi xəbərə görə, insident bu gün səhər saatlarında baş verib.

Partlayış Ermənistan paytaxtının Arabkir rayonunun Davtyan küçəsində baş verib.

Polis "Lexus" maraklı avtomobilin qeyri-müyyən şəraitdə partladığını bildirib.

İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

Avtomobilin "Armeconombank"ın icraçı direktoru Aram Xaçatryanın istifadəsində olduğu bildirilir.

Partlayış A. Xaçatryanın sürücüsü avtomobili işə salıb bir neçə metr sürdükdən sonra baş verib.

 





09.12.2020    çap et  çap et