525.Az

Azərbaycan və İran XİN başçıları görüşdü


 

Azərbaycan və İran XİN başçıları görüşdü<b style="color:red"></b>

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Tehrana səfəri çərçivəsində iranlı həmkarı Cavad Zəriflə görüşüb.

525.az-ın xəbərinə görə, bu barədə İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə "Twitter"də yazıb.

O bildirib ki, görüş zamanı Dağlıq Qarabağ, regional məsələlər və ikitərəfli münasibətlər ətrafında fikir mübadiləsi aparılıb.

"İran İslam Respublikası yaxın qonşuluq siyasəti çərçivəsində əldə olunmuş irəliləyişi və işğal olunmuş ərazilərin azad edilməsini alqışlayır, münaqişənin siyasi yolla dayanıqlı şəkildə həll olunmasının vacibliyini vurğulayır", - XİN sözçüsü bildirib.

 





09.12.2020    çap et  çap et