525.Az

Kanada Senatı qondarma rejimin müstəqilliyinin tanınmasına etiraz etdi


 

Kanada Senatı qondarma rejimin müstəqilliyinin tanınmasına etiraz etdi<b style="color:red"></b>

Kanadadakı azərbaycanlı icmasının Dağlıq Qarabağla bağlı həqiqətləri fəal çatdırması, çevik və intensiv lobbi siyasəti yürütməsi, nəhayət öz nəticəsini verdi. Kanada Senatı Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınması təklifini rədd edib.

525.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Kanadalı Azərbaycanlılar Şəbəkəsindən (Network of Azerbaijani Canadians) bildirilib ki, dekabrın 8-də Senatda baş tutan dinləmələrin sonunda keçirilən səsvermə zamanı 53 senator bu təklifin əleyhinə səs verib. Səsvermədən sonra ermənipərəst senator Leo Husakos yazıb ki, "bu gün erməni xalqı üçün kədərli gündür". O, bu hadisəni "Trüdo senatorlarının erməni icmasına arxa çevirməsi" kimi dəyərləndirib.

Kanadalı Azərbaycanlılar Şəbəkəsi və icmamızın əksər nümayəndələri mütəmadi olaraq dövlət orqanlarına və rəsmilərinə, parlament üzvlərinə və senatorlara müraciət edərək Qarabağ həqiqətlərindən bəhs ediblər. Kanadanın xarici işlər naziri Fransua-Filip Şampeyn və Kanada-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Filip Lorenslə görüşlər zamanı Azərbaycan ərazilərində keçirilmiş 44 günlük müharibənin səbəbləri və nəticələri barədə ətraflı danışılıb, xalqımızın haqlı və ədalətli mövqeyi onların nəzərinə çatdırılıb.

Beləliklə, Kanadadakı azərbaycanlı icmasının həmrəylik və birlik nümayiş etdirərək bu ölkədə yürütdüyü uğurlu lobbi siyasəti və fəaliyyəti öz müsbət nəticəsini verib.

 





09.12.2020    çap et  çap et