525.Az

Münhen Təhlükəsizlik Konfransı keçirilməyəcək


 

Münhen Təhlükəsizlik Konfransı keçirilməyəcək<b style="color:red"></b>

Münhen Təhlükəsizlik Konfransı COVID-19 pandemiyasına görə keçirilməyəcək.

525.az APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Konfransın sədri Volfqanq İşinger bildirib.

"Davam edən pandemiya 19-21 fevral 2021-ci il tarixində keçirilməsi planlaşdırılan Münhen Təhlükəsizlik Konfransını keçirməyimizə imkan vermir. Konfransın tarixini tez bir zamanda müəyyənləşdirmək üçün tərəfdaşlarımızla işimizi davam etdirəcəyik", - deyə sədr vurğulayıb.

Qeyd edək ki, Münhen Təhlükəsizlik Konfransı ənənəvi olaraq fevral ayında Münhen şəhərində keçirilir. Forum dünya liderlərini, siyasətçiləri və mütəxəssisləri beynəlxalq siyasətin aktual məsələlərini müzakirə etmək üçün bir araya gətirir.

 





09.12.2020    çap et  çap et