525.Az

Cəlilabadın sabiq icra başçısına irəli sürülən ittihamlar


 

Cəlilabadın sabiq icra başçısına irəli sürülən ittihamlar<b style="color:red"></b>

Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalova qarşı irəli sürülən ittihamlar məlum olub.

525.az-ın məlumata görə, N. Zeynalov Cinayət Məcəlləsinin 179.2.2 (Mənimsəmə və ya israf etmə təkrar törədildikdə) 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə); 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

Qeyd edək ki, N. Zeynalov Cəlilabad Rayon İcra Hakimiyyətində keçirilən xüsusi əməliyyat zamanı saxlanılıb.

Prezident İlham Əliyevin Sərəncamı ilə N. Zeynalov Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

 





09.12.2020    çap et  çap et