525.Az

Musiqişünaslıqla bağlı dəyərli nəşr


 

Musiqişünaslıqla bağlı dəyərli nəşr <b style="color:red"></b>

"Azərbaycan incəsənət tarixi" toplusu bu günlərdə işıq üzü görüb. Bu toplunun ikinci cildinin müəllifi sənətşünaslıq elmləri doktoru, professor Abbasqulu Nəcəfzadədir.

525.az xəbər verir ki, "Azərbaycan incənəsənət tarixi" toplusunun ikinci cildi musiqi elminə həsr olunub və bu səbəbdən "Musiqi" adlanır.

Kitab musiqişünaslıq elmi üçün olduqca dəyərli tədqiqat işi kimi diqqəti cəlb edir. "Musiqi" adlı kitab "Giriş" və 3 tamamlanmış fəsildən ibarətdir. "Giriş" bölməsində kitabın məramı, məqsəd və vəzifələri açıqlanır.

Bildirilir ki, Azərbaycan musiqi mədəniyyəti araşdırılarkən mövcud ədəbiyyata istinadən onun tarixi, milli kök, üslub və digər özünəməxsus xüsusiyyətləri, habelə müasir problemləri əsas götürülmüşdür. "X-XXI əsrlərdə Azərbaycanın musiqişünas və bəstəkarları" adlanan  I fəsildə orta əsrlərdən gümümüzədək Azərbaycanın bir sıra tanınmış musiqişünas və bəstəkarlarının həyat və yaradıcılığı təqdim olunur. Burada bəzi klassik musiqişünasların icad etdikləri bir sıra unikal çalğı alətlərindən söz açılır, onlar haqqında geniş bilgi isə "Musiqi alətşünaslığı" adlanan II fəsildə verilir. III fəsildə Azərbaycanda xalq musiqisinin mühüm tərkib hissəsini təşkil edən və ölkəmizdə geniş yayılmış adında rəqəmlər əks olunan və qəhrəmanlıq mövzusunda olan rəqslər haqqında bilgi verilir.

A.Nəcəfzadənin bu tədqiqatı o baxımdan əhəmiyyətlidir ki, "Azərbaycan incənət tarixi" toplusunun ikinci cildində indiyə qədər təhrif olunaraq qəlibləşmiş və gənc tədqiqatçıların elmi işlərinə yansıyaraq həmin araşdırmalarda böyük problemlər yaradan bilgilərə aydınlıq gətirilmiş, bəzi məsələlərin düzgün istiqaməti müəyyənləşdirilmiş, qaranlıq qalan məqamlar faktlara əsaslandırılaraq olduğu kimi təqdim olunmuşdur.

İnanırıq ki, "Azərbaycan incəsənət tarixi" toplusunun musiqi tariximizə həsr olunan ikinci cildi musiqişünaslar üçün ciddi istinad mənbəyinə çevriləcək.

Nadir RZALI

 





09.12.2020    çap et  çap et