525.Az

Qələmsiz yazılanlar - Rəşad Məcidin status-esseləri


 

Qələmsiz yazılanlar - <b style="color:red">Rəşad Məcidin status-esseləri</b>

Yuxu kimi gerçəkliklər.

6 ay öncə TV-lərimizin noyabrın sonunda hansı xəbərlər verəcəyini deyən olsaydı, xam xəyal, xoş xülya zənn edərdik:

"... Ağdam məscidinin divarlarını öpən Ali Baş Komandan və Birinci xanım!

... Şuşaya bayraq sancan Azərbaycan əsgəri!

... Şuşaya ayaq basan ilk tibb bacısı!

... 28 ildən sonra evlərinə qayıdan Qarabağ sakinləri!.."

Xəyalların romantik reallığı!..

***

"Koçaryanlar, Sarkisyanlar... Xocalı cəlladları, Xocalı qatilləri.

Biz sizi məğlub eləmişik, Biz sizi məhv eləmişik!"

Ali Baş Komandanın hər çıxışı ürəkdən tikan çıxarır, qürur göz yaşlarıyla dinlənilir!

***

Ağdama "525"lə!

***

Bədnöyüs "politoloqlar"...

Siz tərəflərdə işlənir "bədnöyüs" sözü?

***

Maskaları müharibə yudu, sülh qurutdu...

***

Ən yaxşısı siqareti tərgitməkdir...

***

Ağlı başında olduğunu hesab etdiyin adamlar da axına qoşulub küyə gedəndə məyusluq yaranır...

***

Şellidə də rahat yaşayırmışlar.

Əsgəranın bir addımlığında.

***

"Jak Şirak qudurub!"

Fransa Senatının davranışları filoloq, millət vəkili, rəhmətlik Şamil Qurbanovun 2000-ci illərin əvvəlində Milli Məclisin tribunasından dediyi bu sözləri yadıma saldı...

***

Abdal-Gülablı da həm tarixinə, həm təbiətinə, həm də insanlarına görə əvəzsiz yerdir.

Ağdamın kiçik, yaxın Şuşası!

Bir ay öncə 20 noyabracan soldan - Qarakənd tərəfdən azad olunacağını düşünürdük, indi sağdan - Ağdamdan girdi Ordumuz!

Gözünüz aydın, Abdal-Gülablılar!

***

"Bir dəli bir quyuya bir daş atdı, yüz ağıllı yığışıb çıxara bilmədi".

Müasir variantda:

"Bir trol statusunda bir feyk paylaşdı, yüz profil onun yalanınını boynuna qoya bilmədi".

***

İpək deyir, atamın doğulduğu yeri - Ağdamı almışıq...

***

Allah heç kimə, heç bir xalqa belə namərd düşmən qismət eləməsin!

***

Vəhşi millət, səninlə necə yanaşı yaşamaq olar? Niyə bizim şəhərlərimizi bugünə qoymusan?

Etdiklərinin beşqat artığına layiqsən!..

***

Xəyal edin! 5 ildən sonra Qarabağı necə görürsünüz?

İşğaldan azad olunmuş şəhərlərimizin inkişafını necə təsəvvür edirsiniz?

Ən maraqlı təxəyyül və arzularınız "525-ci qəzet"də yer alacaq.

***

Rusiya regionda qalan azacıq nüfuzunu qorumaq istəyirsə, imzasına hörmət etməlidir. "Unitazsevər" ermənilərdən hər riyakarlıq, alçaqlıq, xəyanət, yalan gözlənilir. Rusiya isə böyük dövlət adına hələ də iddialıdırsa, "10 gün" oyunlarına son qoymalı, ermənilərin nazıyla oynamamalıdır.

***

İçərişəhərə ən yaxın kim var? Gəlsin çay içsin Kəlbəcər günündə...

Modern.az kollektivi gəldi...

***

Kəlbəcər sevincini modern.az-ın canlı efirində bölüşdüm.

İçərişəhər, gözəl hava, qədim Qala divarları...

***

Bura Güllü bağ deyirdilər...

***

Makron və Paşinyanın jestlərində də oxşarlıq var. İkisi də eyni bezin qırağıdır.

***

Arada 5 dəqiqə vaxt tapıb Rafael Hüseynovun müqəddəs Şəhidlərimizin xatirəsinə yazdığı, özünün səsləndirdiyi möhtəşəm şeiri dinləyin.

Misraları Şəhidlərin ruhuna ehtiramla yoğrulan şeirin havasında saflaşacaq, Şəhid adının əzəmətindən qürur duyacaqsınız.

Ruhları şad olsun Şəhidlərimizin!

***

Yağış müharibənin bitməsini gözləyirmiş...

***

Deyir, spirtlərin hamısından tut arağı iyi gəlir...

***

Keçən il universitetlərdən birində savadlı bir tələbə semestr imtahanında zəif oxuyan dostunun xahişilə onun əvəzinə girib imtahan verib, yüksək qiymət alıb.

Məsələnin üstü açılanda tələbələrin ikisini də universitetdən qovublar.

Dedim, o savadlını niyə qovmusunuz? Əslində, ona şərait yaratmaq lazım idi.

***

Tanrı fədakar həkimlərimizi qorusun!

***

Aqil Abbasın Ağdamda dağılmış evlərinə baxanda düşmənə söydüyü söyüşlər çox kübar idi.

***

Aydın Bağırovun doğulduğu Ağdamdan video-reportajındakı "qaqa" kəlməsi də kədərləndirir...

***

Necə abırsız olasan ki, özgəsinin torpağına, başqasının evinə ağızdolusu "mənim torpağım, mənim evim" deyəsən! Laçında, Kəlbəcərdə nə erməni kəndi olub, nə toplu erməni yaşayışı... Olsa-olsa, beş-on ailə sığınacaq tapıb. İndi Laçından çıxmağını elə ağrıyla deyir ki, elə bil, min ildi burda yaşayıb. Təhlükəli məxluqlardır.

***

Marselin adını da Mrtslex qoysunlar...

***

Qələbə insanlarımızda özünəgüvəni artırıb. Hamının gizlin istedadını üzə çıxarıb. Deməyə söz çoxdur deyə danışanlar coşub, ağızlardan alov yağır. Tanrı bu ovqatımızı, bu ruhumuzu qorusun!..

***

Qoy yaralar sağalsın...

***

Rusiya ermənilərin tərəfini tutur, yoxsa ermənilər Rusiyadan bərk yapışır?

***

Belə günəşlı havalarda korona bir az azalar, yəqin.

Günəşimiz əskik olmasın.

***

Sovet vaxtı Ağdamda hərbi hissə yerləşirdi, "voençast" deyirdilər. Geniş ərazisi vardı, şəhərcik idi. Yadda saxlayanlar, xatirələri olanlar indi də çoxdur. Ermənilər o ərazini də viran qoyublar yəqin ki... Rusiya-Türkiyə Monitorinq Mərkəzinin harada yerləşəcəyi barədə düşünəndə ağlıma gəldi. Həmin ərazidə Monitorinq Mərkəzi üçün balaca, ortaq şəhərcik simvolik olar: Rusiya-Türkiyə etibarlı tərəfdaşlığı.

***

Bu həkim şair kimi danışır lap...

***

"Dolu" filminə Ağdamın azad olunmasından sonra baxmaq fərqli, yeni hisslər oyadır...

***

Ağoğlan çayını şırıltısından tanıdım. Müdafiə Nazirliyinin Laçının azad olunmuş Qarıqışlaq kəndindən yaydığı süjetdən gələn səs diksindirdi. Sonra tanış dərə, doğma çay və su, su, su... şırıltısı...

***

Ermənilər qəbirlərdən sümükləri çıxarıb nə edirlər? Bilən var?

Azad olunmuş torpaqlarımıza ayağı dəyən hər kəsin yazılarında, söhbətlərində təəccübləndikləri bir məqam da budur: Düşmən hətta yüz ilin qəbirlərini də eşib sümükləri çıxarır. Heç kim də anlamır ki, bu sümüklər onların nəyinə lazımdır?!

Birinci ehtimal: Onlar xüsusi aparatlarla cəsədlərdəki qızıl dişləri axtarırlar.

Bəs onda köhnə qəbirləri niyə eşirlər? Axı, qızıl dişlərin istifadəsi elə qədim deyil...

İkinci ehtimal: İnsan sümüklərini üyüdüb yarımfabrikat kimi hansısa ölkələrə ixrac edirlər.

Son illər yeni implant texnologiyalarında emal edilmiş sümükdən (guya öküz sümüyü) istifadə olunur. Bu, çox bahalı məhsuldur, 1 qramı 200 avroyadır. Əsasən, 4 ölkədə istehsal olunur. Görünür, ermənilər ağır zəhmət və həm də qeyri-insani psixologiya tələb edən bu işdən yaxşı gəlir götürürlər.

Həm də hansı dövlət, hansı xalq öz qəbirlərindən sümüklərin çıxarılmasına icazə verər? İşğal olunmuş, nəzarətsiz ərazilərdəki sahibsiz qəbirləri dağıtmaq, eşmək və bütün mənəvi, dini, insani qadağaları tapdalayaraq pul qazanmaq yalnız həris, murdar erməni xislətinə xasdır.

Araşdırılmalı mövzudur.

Başqa ehtimallar da üzə çıxa bilər...

***

COVİD-19 testinin qiyməti niyə enmir ki?

Bəzi ölkələrdə hər aptekin qarşısında bir çadır qurublar, küçədən keçənləri də könüllü, havayı test edirlər, bir saata da nəticəsini deyirlər.

Bəs səhiyyə sistemində iki böyük dövlət strukturu fəaliyyət göstərdiyi halda bizdə niyə COVİD-19 testi özəl klinikaların inhisarındadır?

Pandemik biznesdir?

 





09.12.2020    çap et  çap et