525.Az

ƏƏSMN-in 15 növ e-arayış xidməti əhalinin istifadəsindədir - Video


 

ƏƏSMN-in 15 növ e-arayış xidməti əhalinin istifadəsindədir - <b style="color:red">Video</b>

İş yerinə və əlilliyə dair, müavinət, pensiya, təqaüdlə, sosial yardımla, mənzillə, avtomobillə təmin edilmə, fərdi şəxsi hesab və s. barədə arayışlar əldə etmək indi daha asan, rahat və əlçatandır.

525.az-ın məlumatına görə, bunun üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 15 növ e-arayış xidməti əhalinin istifadəsindədir.

Arayışları əldə etmək üçün e-sosial.az portalına daxil olub qeydiyyatdan keçmək lazımdır. Bundan sonra aşağıdakı növlərdə arayışları e-qaydada əldə etmək mümkündür:

- İş yerinə dair arayış

- Tibbi Sosial Ekspert Komissiyası tərəfindən keçirilən müayinə haqqında arayış

- Əlillik haqqında arayış

- Pensiya haqqında arayış

- Müavinət və təqaüd haqqında arayış

- Maddi yardım haqqında arayış

- Sosial avtomobil haqqında arayış

- Birdəfəlik ödəmə haqqında arayış

- Mənzillə təminat haqqında arayış

- Ünvanlı sosial yardım haqqında arayış

- Ünvanlı sosial yardım ödənişləri haqqında arayış

- Fərdi şəxsi hesab haqqında arayış

- Məşğulluq haqqında arayış

- Torpaq pay mülkiyyətçisi haqqında arayış

- Sosial sığorta şəhadətnaməsi nömrəsi haqqında arayış

Yaxın zamanda daha 15 növdə e-arayış xidmətinin hazırlanaraq istifadəyə verilməsi planlaşdırılıb.

E-arayış xidmətlərindən istifadə proseduru ilə bağlı ətraflı məlumat almaq üçün Nazirlik tərəfindən hazırlanan videoçarxı təqdim edirik:

 





09.12.2020    çap et  çap et