525.Az

Dünya İqtisadi Forumu gələn il Sinqapurda keçiriləcək


 

Dünya İqtisadi Forumu gələn il Sinqapurda keçiriləcək <b style="color:red"></b>

Yeni növ koronavirus (COVİD-19) infeksiyasının İsveçrədə yayılması səbəbindən 2021-ci ildə Dünya İqtisadi Forumu (WEF) özünün ənənəvi məkanı olan Davos şəhərində deyil, Sinqapurda keçiriləcək.

525.az xəbər verir ki, forum 2021-ci ilin mayın 13-dən 16-dək keçiriləcək və ilkin məlumata görə, onlayn sessiyalardan ibarət olacaq. 2022-ci ildə Forumun yenidən Davosa qayıdacağı planlaşdırılır.

WEF-in təsisçisi Klaus Şvab bildirib ki, qlobal liderlərin sammiti iqtisadiyyatı birgə bərpa etməsi baxımından olduqca vacibdir.

Qeyd edək ki, bundan əvvəl forumun 2021-ci ilin yanvar ayının sonuna keçiriləcəyi planlaşdırılsa da, daha sonra pandemiya ilə əlaqədar tədbirin gələn ilin yayın əvvəlinə təxirə salındığı bildirilirdi. Forum 50 ildir İsveçrənin Davos şəhərində keçirilir.

 





09.12.2020    çap et  çap et