525.Az

Bakıda itkin düşmüş qadın cinayət törətdi


 

Bakıda itkin düşmüş qadın cinayət törətdi<b style="color:red"></b> Bakıda bir neçə ay əvvəl itkin düşmüş qadının cinayət əməlinin üstü açılıb. Lent.az-ın məlumatına görə, Suraxanı RPİ 32-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 1-də Bağdad Xanlarovanın evindən pul, qızıl, məişət və geyim əşyalarını oğurlayan şəxsin Könül Həsənova olması müəyyən edilib və o tutulub. Araşdırmalar nəticəsində məlum olub ki, K.Həsənova ötən il oktyabrın 9-dan itkin düşmüş şəxs kimi qeydiyyatdadır.
 
Araşdırmalar davam etdirilir.
 





17.02.2014    çap et  çap et