525.Az

"Azercell" şəhid və yaralı hərbçilərin faktura borcunu bağışladı


 

"Azercell" şəhid və yaralı hərbçilərin faktura borcunu bağışladı<b style="color:red"></b>

44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu şanlı tarix yazaraq möhtəşəm Qələbəni əldə etdi. "Azercell Telekom" MMC də qələbənin əsas qəhrəmanı olan Azərbaycan əsgəri və zabitləri üçün güzəşt təşəbbüsünü gerçəkləşdirir.

525.az xəbər verir ki, ordumuza ehtiram əlaməti olaraq elan edilən yeni təşəbbüs çərçivəsində müharibədə şəhid olan və yaralanan "Azercell"in Fakturalı Xətt abunəçiləri olan qəhrəman vətən övladlarının 07.12.2020-ci il tarixinə olan borcları tam şəkildə bağışlanır. Bununla yanaşı, səfərbərlik çağırışı əsasında aktiv döyüş əməliyyatlarında iştirak edən "Azercell" abunəçilərinin borclarının ödənilməsinə təxris olunacaqları vaxtadək möhlət verilir.

Fakturalı Xətt nömrəsinə malik olan yaralılar və müharibə iştirakçıları və yaxud şəhid olmuş əsgərlərin ailə üzvləri bu güzəştdən istifadə etmək üçün təsdiqedici sənədlərlə (Şəxsiyyət vəsiqəsi, müvafiq haldan asılı olaraq, şəhid olmanı və ya yaralanmanı təsdiq edən sənədlər) birlikdə aşağıdakı kanallar vasitəsilə "Azercell" şirkətinə müraciət edə bilər.

 





09.12.2020    çap et  çap et