525.Az

"Ədəbiyyat qəzeti"nin xüsusi sayı Kamal Abdullaya həsr olunub


 

"Ədəbiyyat qəzeti"nin xüsusi sayı Kamal Abdullaya həsr olunub<b style="color:red"></b>

Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbu orqanı "Ədəbiyyat qəzeti"nin bu günlərdə çap olunan xüsusi sayı bu ay 70 illik yubileyini qeyd edən Xalq yazıçısı, akademik Kamal Abdullaya həsr olunub.

Qəzet "Kamal Abdulla: yalnız faktlar" məqaləsiylə başlayır.

AYB-nin sədri, Xalq yazıçısı Anar "Ad günün mübarək, Kamal!", Xalq yazıçısı Elçin "Sirlərin bədii və elmi sərgüzəştləri" məqalələriylə yubilyarı təbrik edirlər.

ADA Universitetinin rektoru Hafiz Paşayevin "Kamal Abdullanın "Azərbaycançılıq və Kitabi-Dədə Qorqud" kitabına ön söz", AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəylinin "Dədə Qorqud dünyasına giriş", akademik Möhsün Nağısoylu və professor İsmayıl Kazımovun "Harmonik bir bütövlük", millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlının "Qorqudşünaslığın yeni zirvəsi və ya Kamal Abdulla fenomeni", Cavanşir Yusiflinin "Bitmiş ömrün hekayəsi", akademik Teymur Kərimlinin "Unutmağa kimsə yox...", Paşa Əlioğlunun "Yazıçı təxəyyülü və oxucu qavramı", Zakir Fəxrinin "Min illərin adamı", Elnarə Akimovanın "Ən yeni nəsrin ərəfəsi-"Səngərdəki səs", millət vəkili Fazil Mustafanın "Ədəbiyyatımızın Kamal Abdulla tarixi", Məryəm Əlizadənin "Universitet zəkası", professor Tahirə Məmmədin "Füzuli üfüqü", professor Rüstəm Kamalın "Ömür yazı və mif kimi", Qismətin "Yazıçının həyatdakı obrazı", Fəxri Uğurlunun "Elmlə sənətin qovşağında", "Türkologiya" jurnalının məsul katibi Elçin İbrahimovun "Hamı səni sevənlərdən ərmağan", Azər Turanın "Sən ey qanadlı yolçu"- Kamal Abdullanın zamansızlığı" məqalələrində Xalq yazıçısının həyatı, yaradıcılığı, elmi fəaliyyəti, əsərləri geniş şəkildə şərh olunub.

Kamal Abdullaya həsr olunmuş Xalq şairi Ramiz Rövşənin "Bir ovuc suda", Rüstəm Behrudinin "Təkbaşına adam Kamal Abduallaya" şeirləri, yubilyarın öz poeziya nümunələri, müsahibəsi də qəzetin xüsusi sayında yer alıb. 

Qəzetdə, həmçinin, oxucular Xalq yazıçısı Çingiz Abdullayev, Akademik Nizami Cəfərov, Bakı Yunus Əmrə İnstitutunun direktoru Səlçuk Karakılıç, Şeyxülislam Allahşükür Paşazadə, Aqşin Yenisey, Niyazi Mehdi, Şərif Ağayar, Xalq artistləri Azər Paşa Nemətov, Mehriban Zəki, Fərhad Bədəlbəyli, Məmməd Səfa, professor Rafiq Əliyev, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, AMEA Folklor İnstitutunun direktoru Muxtar İmanov, "Azərbaycan" jurnalının baş redaktoru İntiqam Qasımzadə, professor Təhsin Mütəllimov, tənqidçi Tehran Əlişanoğlu, Ömər Xəyyam, yazıçı Kamran Nəzirli, Sərraf Balaxan, teatrşünas İlham Rəhimli, "Ulduz" jurnalının baş redaktoru Qulu Ağsəs, AYB-nin katibi Rəşad Məcid, yazıçı Orhan Aras, tənqidçi Mehman Qaraxanoğlu, yazıçı, tərcüməçi Səlim Babullaoğlu, Pərvanə Bəkirqızı, Maral Yaqubova, Vaqif Nəsib, Nargis, Aydın Talıbzadə, Etimad Başkeçid, Seyfəl Həsənov və başqalarının Kamal Abdulla haqqındakı fikirləri yubiley təbriklərini oxuya biləcəklər.

Eləcə də Türkiyə, Almaniya, Macarıstan, Gürcüstan, Rusiya, Rumıniya, İtaliya, Qazaxıstan, Serbiya, Fransa, İran, Almaniya, ABŞ və başqa ölkələrdən ziyalılar, tanınmış söz adamları xoş sözlərini, təbriklərini ünvanlayıblar.

Şahanə MÜŞFİQ

 





09.12.2020    çap et  çap et