525.Az

"Əsəd bəy - Qurban Səid: gizlinlər və gerçəklər" işıq üzü görüb


 

"Əsəd bəy - Qurban Səid: gizlinlər və gerçəklər" işıq üzü görüb<b style="color:red"></b>

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən Orxan Arasın "Əsəd bəy - Qurban Səid: gizlinlər və gerçəklər" (həyatı, kitabları, məqalələri) kitabı çap edilib.

525.az xəbər verir ki, kitab Ədəbiyyat İnstitutunun Elmi Şurasının 30 sentyabr 2020-ci il tarixli (protokol № 4) qərarı ilə nəşr olunub.

Nəşrin elmi məsləhətçisi və "Məhəmməd Əsəd bəy dünyası və Orxan Aras" adlı ön sözünün müəllifi AMEA-nın birinci vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəylidir.

Kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli, çevirəni Nəriman Əbdülrəhmanlıdır.

"Elm və təhsil" nəşriyyatında çap olunan kitab giriş, üç bölüm və "Əsəd bəyin məqalələri" hissələrindən ibarətdir. 230 səhifəlik kitabda Məhəmməd Əsəd bəylə Qurban Səid arasında paralellər aparılır və bu iki adın eyni şəxsiyyət olması haqqında təkzibolunmaz faktlarla sirli Qurban Səid adına aydınlıq gətirilir. Mühacirət ədəbiyyatı ilə bağlı tədqiqatlar aparan müəllif "Məhəmməd Əsəd bəyin publisistikası" mövzusunda dissertasiya müdafiə edərək, filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

 





10.12.2020    çap et  çap et