525.Az

Ədəbiyyat İnstitutunda hesabat elmi şurası keçirildi - Fotolar


 

Ədəbiyyat İnstitutunda hesabat elmi şurası keçirildi - <b style="color:red">Fotolar </b>

Ədəbiyyat İnstitutunun elmi şurasının 2020-ci ilin yekunlarına həsr olunmuş onlayn iclası keçirilib.

525.az xəbər verir ki, elmi şuranı AMEA-nın birinci vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq 2020-ci ili Azərbaycanın min illik tarixində parlaq səhifə adlandırıb. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə parlaq qələbə qazanmaqda bizə dəstək olan bütün dost və qardaş ölkələrə təşəkkür edib. Bu qələbəni Azərbaycan və Türkiyənin ortaq qələbəsi kimi mənalandırıb.

Xatırladaq ki, İclasda şuranın üzvləri, İnstitutun ayrı-ayrı şöbələrinin müdirləri ilə yanaşı Humanitar və İctimai elmlər bölməsinin nümayəndəsi olaraq akademik Teymur Kərimli, qonaq qismində Türkiyədən prof. Orhan Söyləməz, Çingiz Alyılmaz və Cənubi Koreyadan prof. Oh Eunkyunq iştirak ediblər. Hər üç alim Azərbaycanla bağlı göstərdikləri çoxcəhətli fəaliyyətlərinə görə İnstitutun “İlin alimi” mükafatı ilə təltif olunublar.  Onlarla yanaşı İnstitutdan prof. Teymur Əhmədov, prof. İslam Qəribli, fil.e.d. Rəhim Əliyev, fil.e.d. Lütviyyə Əsgərzadə və fil.e.d. Bəsirə Əzizəliyeva 2020-ci ildəki fəaliyyətlərinə görə “İlin alimi” mükafatına layiq görülüblər.

Qonaq iştirakçılardan ilk olaraq Seuldakı Dongduk Qadınlar Universitetinin professoru, Avrasiya Türk Araşdırmaları İnstitutunun direktoru, YUNESKO-nun Orta Asiya ölkələri üzrə təmsilçisi Eunkyung Oh çıxış edərək Azərbaycan və Cənubi Koreya arasındakı ədəbi-mədəni əlaqələr haqqında geniş məruzə edib. Ölkəmizin apardığı Vətən Müharibəsi ilə bağlı Cənubi Koreyada məqalələr çap etdirdiyini bildirib.

Türkiyəli alimlərdən Uludağ Üniversitetinin bölüm rəhbəri Cengiz Alyılmaz və Kastamonu Universitetinin professoru Orhan Söylemez Azərbaycan ədəbiyyatının təbliği istiqamətində gördükləri işlər barəsində ətraflı məlumat veriblər. Onlar Azərbaycanın zəfər qazandığı ilin alimi seçilmələrini xüsusi diqqət kimi qiymətləndiriblər.

İnstitutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənli İnstitutunun 2020-ci il üzrə illik elmi hesabatını təqdim edərək il ərzində görülmüş işlər haqqında ətraflı məlumat verib. İl ərzində İnstitut əməkdaşları iki istiqamət, 12 problem, 31 mövzu və 121 iş üzərində tədqiqat aparmışdır. İlin böyük bir hissəsinin pandemiya  dövrü olmasına baxmayaraq İnstitut əməkdaşları fəal olaraq işləyiblər. İl ərzində İnstitut əməkdaşlarının ümumi nəşrlərinin sayı 1296 olub ki, həmin nəşrlərin 88-i kitab, digərləri isə məqalələr, konfrans materiallarıdır.

İnstitutun Beynəlxalq əlaqələr üzrə fəaliyyətinin 2020-ci il üzrə illik elmi hesabatını filologiya üzrə fəlsəfə doktoru Xanım Zairova təqdim edib.

 





10.12.2020    çap et  çap et