525.Az

Milli Məclisdə hərbi vəziyyətin ləğvi məsələsi təsdiqləndi - Yenilənib


 

Milli Məclisdə hərbi vəziyyətin ləğvi məsələsi təsdiqləndi - <b style="color:red">Yenilənib</b>

Milli Məclisin bu gün keçirilən iclasında “Hərbi vəziyyətin ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının təsdiq edilməsi barədə” məsələ müzakirə olunub.

525.az-ın məlumatına görə, MM hərbi vəziyyətin ləğv olunmasını təsdiqləyib.

Qeyd edək ki, hərbi vəziyyətin 12 dekabr saat 00.00-dan ləğv edilməsi nəzərdə tutulur.

***

Milli Məclisin plenar iclasında “Hərbi vəziyyətin ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının təsdiq edilməsi barədə” məsələ müzakirəyə çıxarılıb.

525.az-ın məlumatına görə, hərbi vəziyyətin 12 dekabr saat 00.00-dan ləğv edilməsi nəzərdə tutulur.

 





11.12.2020    çap et  çap et