525.Az

Əmanətlərin tam sığortalanmasının müddəti 4 ay uzadılır


 

Əmanətlərin tam sığortalanmasının müddəti 4 ay uzadılır<b style="color:red"></b>

Əmanətlərin tam sığortalanmasının müddəti uzadılır.

525.az-ın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Əmanətlərin tam sığortalanması haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Azərbaycanda 2016-cı ilin martın 4-də qüvvəyə minmiş və müddəti iki dəfə uzadılmış "Əmanətlərin tam sığortalanması haqqında" qanun bu ilin dekabrın 4-də qüvvəsini itirib. Layihəyə əsasən, qanunun müddətinin gələn il aprelin 5-dək uzadılması təklif olunur.

Layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

 

 





11.12.2020    çap et  çap et