525.Az

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Türkiyəyə səfər edəcək


 

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Türkiyəyə səfər edəcək<b style="color:red"></b> ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Türkiyəyə səfər edəcək.
 
APA-nın xəbərinə görə, diplomat bunu özünün “Twitter” səhifəsində yazıb. “Bu gün Ankaraya gedirəm. Türkiyənin mövqeyini dinləməyi səbirsizliklə gözləyirəm”, deyə o, söyləyib.
 
Xatırladaq ki, fevral ayının əvvəllərində ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycana və Ermənistana səfər ediblər. Onlar münaqişənin həlli və yüksək səviyyədə görüşlərin təşkili üçün işi davam etdirəcəklərini bildiriblər.
 





17.02.2014    çap et  çap et