525.Az

Xədicə İsmayılovanın yaydığı sensasion sənədə rəsmi münasibət


 

Xədicə İsmayılovanın yaydığı sensasion sənədə <b style="color:red">rəsmi münasibət</b>

Baş Prokurorluq Azadlıq Radiosunun əməkdaşı Xədicə İsmayılovanın qalmaqallı "casus siyahısı" ilə bağlı məsələyə aydınlıq gətirib.

Trend-in sorğusuna cavab olaraq Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib: "Bəzi kütləvi informasiya vasitələrində jurnalist Xədicə İsmayılovanın şəxsi "Facebook" səhifəsində 17 fevral 2014-cü il tarixdə yerləşdirdiyi Milli Təhlükəsizlik Nazirliyinin xidməti fəaliyyətinə aid olunması ehtimal edilən və dövlət və ya xidməti sirr təşkil edən sənədlərin dərc edilməsi və yayımlanması ilə əlaqədar Baş prokuror qanunvericilikdə nəzərdə tutulmuş qaydada aidiyyəti qurumlarla müvafiq araşdırmaların aparılmasına dair göstəriş verib".

 





17.02.2014    çap et  çap et