525.Az

Çörək zavodunda partlayış olub, beş nəfər yaralanıb


 

Çörək zavodunda partlayış olub, beş nəfər yaralanıb<b style="color:red"></b>

Azərbaycanın Beyləqan rayonunda çörək zavodunda partlayış olub.

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, qaz sızmasının səbəb olduğu partlayış nəticəsində zavodun işçiləri - 1966-cı il təvəllüdlü Vəzifə Süleymanova, 1964-cü il təvəllüdlü Nəzakət Quliyeva, 1960-cı il təvəllüdlü Xalidə Həsənova, 1967-ci il təvəllüdlü Zemfira Abbasova və 1958-ci il təvəllüdlü Məxsurə Cəfərova müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.
 
Faktla bağlı araşdırma aparılır.

 





17.02.2014    çap et  çap et